Türkiyədə DAVA: Azərbaycanlı bıçaqlandı – FOTOLARbackend

Türkiyədə DAVA: Azərbaycanlı bıçaqlandı - FOTOLAR

Türkiyənin Çorum şəhərində Azərbaycan vətəndaşına hücum edilib.

KONKRET.az “Haberler”ə istinadən xəbər verir ki, insident ötən gecə baş verib.

Məlumata əsasən, gecə saatlarında Kadeş Barış meydanında iki nəfər arasında başlayan mübahisə daha sonradan davaya çönüb. Nəticədə, azərbaycanlı U.Yusifov bıçaqlanıb.

Bildirilir ki, şahidlər polisə xəbər verib və hadisə yerinə təcili tibbi yardım çağırılıb. Yusifova yerində müdaxilə edildikdən sonra xəstəxanaya aparılıb.

Qeyd olunur ki, insidentlə əlaqəli 1 nəfər polis tərəfindən saxlanılıb. Hadisə yerindən qaçdığı bildirilən 2 şübhəlinin saxlanması üçün tədbirlər davam edir.

Faktla bağlı araşdırma başlanılıb.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*