Türkiyədə futbol matçları belə başlayacaqbackend

Türkiyədə futbol matçları belə başlayacaq

Türkiyədə keçiriləcək futbol matçları bir dəqiqəlik sükutla başlayacaq.

KONKRET.AZ xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası qərar çıxarıb.

Buna ölkənin Malatya və Elazığ şəhərlərində baş verən zəlzələr səbəb olub.

Bildirilib ki, qərar Super Liqa ilə yanaşı, aşağı liqalarda da tətbiq olunacaq. Həmçinin klublar qara sarğı ilə oyunlara çıxa bilərlər.

Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində 21 nəfər ölüb, 1030 nəfər xəsarət alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*