Türkiyənin İğdır vilayətində keçirilən toyda bəyin dostu cütlüyə Bakıya uçuş bileti hədiyyə edib.
KONKRET.az TGRT Haber-ə istinadən xəbər verir ki, Bakıda yaşayan türkiyəli Uğurcan Dilmen sevib-seçdiyi Ece Aktay ilə İğdırda ailə qurub.
Cütlük toydan sonra Bakıya geri dönəcək. Bəyin dostu Erhan Ersavaş bildirib ki, iqtisadi böhrana görə cütlüyə pul və ya zinət əşyası bağışlamaq istəməyib. Avro və dollarla müqayisədə lirənın dəyərini göstərmək üçün dostlarına bilet hədiyyə etmək qərarına gəlib. Toy Qafqaz şousu ilə yekunlaşıb.

