Türkiyədə həbs edilən rus jurnalistlər azadlığa buraxıldı – FOTObackend

Türkiyədə həbs edilən rus jurnalistlər azadlığa buraxıldı - FOTO

İstanbul məhkəməsi Rusiyanın NTV televiziya kanalının jurnalistlərini həbsdən azadlığa buraxıb.

KONKRET.az bu barədə TASS-a istinadən xəbər verir.

“Baş Prokurorluğa sübutlar verildikdən sonra iki rusiyalı jurnalist sərbəst buraxıldı. Onlarla birlikdə bir Türkiyə vətəndaşı da nəzarətdən azad olundu”, – deyə qeyd edilib.

Televiziya şirkətinin (NTV) mətbuat xidməti jurnalistlərin yaxın vaxtlarda Rusiyaya deportasiya ediləcəyinə aydınlıq gətirib:

“İlkin məlumata görə, yaxın vaxtlarda həmkarlarımız deportasiya olunmalıdır. Təfərrüatı dəqiqləşdiririk: rəsmi məlumatımız hələ yoxdur”.

Xatırladaq ki, dekabrın 3-də müxbir Aleksey Petruşko və operator İvan Malışkin İstanbulda polis tərəfindən nəzarətə alındıqları barədə öz redaksiyalarına xəbər veriblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*