backend

Türkiyədə irimiqyaslı antiterror əməliyyatına başlanıldı

Türkiyənin cənubundakı Hatay əyalətində növbəti genişmiqyaslı antiterror əməliyyatına başlanılıb.

Bu barədə KONKRET.az Anadolu agentliyinə istinadən xəbər verir.

Ölkənin Dаxili İşlər Nаzirliyindən bildirilib ki, “Kapan-2” (“Tələ-2”) adı almış əməliyyata asayiş keşikçilərinin 585 əməkdaşı, o cümlədən polislər və jandarmlar cəlb edilib.

Güc strukturlarının əsas vəzifəsi Amanos dağlıq silsiləsi ərazisindəki PKK terroru təhlükəsinin tam aradan qaldırılmasıdır.

Artıq əməliyyatın ilk saatlarında terrorçuların 3 sığınacağı və anbarı aşkarlanıb, bir əldəqayırma partlayıcı qurğu məhv edilib.

Qeyd edək ki, PKK terror qruplaşması 1984-cü ildə meydana çıxıb. PKK silahlıları Türkiyədə sabitliyi pozmaq üçün bir sıra terror aktları təşkil ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*