Türkiyədə minimum əməkhaqqı 50 faiz ARTIRILDIbackend

Türkiyədə minimum əməkhaqqı 50 faiz ARTIRILDI

Türkiyədə 2022-ci ildə minimum əməkhaqqı 4 min 250 lirə olaraq tətbiq olunacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Minimum əməkhaqqının müəyyənləşdirilməsi üzrə komissiyanın iclasında deyib.

“Bu gün keçirilən 4-cü iclasla yekun mərhələyə çatıb. Komissiya əmək və sosial müdafiə nazirliyimizə minimum əməkhaqqının 4 min lirədən yuxarı olması ilə bağlı rəy verib”, – Ərdoğan bildirib.

Prezident əlavə edib ki, bu rəqəm işçinin evli olub-olmamasından və uşaqlarının sayından asılı olaraq dəyişəcək:

“Minimum əməkhaqqı artımı 50 faiz təşkil edib. Yeni minimum əməkhaqqının işçilərimizə, işəgötürənlərimizə və ölkəmizə xeyirli olmasını arzu edirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*