Türkiyədə PCR testi ilə bağlı qayda dəyişdibackend

Türkiyədə PCR testi ilə bağlı qayda dəyişdi

Türkiyədə pandemiya ilə bağlı bir sıra qərarlar qəbul edilib.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, yeni qərarlarla bağlı səhiyyə naziri Fahrettin Koca açıqlama verib.

O bildirib ki, koronavirusun “omicron” variantı ölkədə epidemiya halına gəlib və yoluxma faktı əvvəlki ayla müqayisədə 4 dəfə artıb.

“Peyvənd olunmuş təmaslı şəxslərin karantinə alınmamasına qərar verildi. Özünütəcrid rejimindən 7 gün sonra test vermədən karantindən çıxmaq olar. Bundan sonra isə PCR testi yalnız simptomlu xəstələrə ediləcək”, – deyə koca bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*