Türkiyədə prezident seçkiləri üçün xaricdə verilən səslərin sayı AÇIQLANDIbackend

Türkiyədə prezident seçkiləri üçün xaricdə verilən səslərin sayı AÇIQLANDI

Mayın 20-dən etibarən Türkiyənin xarici ölkələrin nümayəndəliklərində və gömrük-keçid məntəqələrində 28 mayda keçiriləcək prezident seçkiləri üçün səsvermə prosedurları davam edir.

KONKRET.az xəbər verir ki, Türkiyə Mərkəzi Seçki Komissiyasından əldə edilən məlumata görə, 1 099 841 nəfər Türkiyə vətəndaşı xarici nümayəndəliklərdə, 54 001 nəfəri isə gömrük-keçid məntəqələrində səs verib. Səs verən seçicilərin ümumi sayı 1 153 842 nəfər olub.

Xaricdəki nümayəndəliklərdə səsvermə prosedurları mayın 24-də başa çatacaq, gömrük-keçid məntəqələrində isə mayın 28-i saat 17:00-dək davam edəcək.

Xatırladaq ki, ilk turda namizədlərdən heç biri müəyyən edilən səsi toplamayıb və seçkinin ikinci turu mayın 28-də keçiriləcək.//Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*