Türkiyədə seçkilərlə bağlı xaricdəki səsvermə I turdakı rəqəmləri ötdübackend

Türkiyədə seçkilərlə bağlı xaricdəki səsvermə I turdakı rəqəmləri ötdü

Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu üçün xaricdə keçirilən səsvermə prosesi başa çatıb.

KONKRET.az xəbər verir ki, səslərin sayı birinci turdakını keçərək 1 milyon 889 min 398-ə çatıb.

Belə ki, mayın 20-dən etibarən xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları nümayəndəlik və gömrüklərdə yaradılmış seçki qutularında səs veriblər.

Mayın 14-də keçirilən prezident seçkilərinin birinci turu üçün xaricdə və gömrükdə verilən 1 milyon 839 min 470 səs ikinci turda 18 səs artıb.

Qeyd edək ki, prezident seçkilərinin ilk turunda səsvermə prossesi 13 gün davam etmişdi. Belə ki, mayın 14-də keçirilmiş birinci turla bağlı xaricdə yaşayanlar aprelin 27-dən mayın 9-dək xarici nümayəndəliklərdə, mayın 14-ü saat 17:00-dək isə gömrükdə səs veriblər.

Seçkilərin birinci turu üçün 1 milyon 691 min 287-si xarici nümayəndəliklərdə, 148 min 183-ü gömrük qapılarında olmaqla, xarici seçici siyahılarında qeydə alınmış cəmi 1 milyon 839 min 470 seçici səsverməyə qatılıb.//Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*