Türkiyə məhkəməsi ölkənin əsas müxalifət təşkilatı olan Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri, sabiq deputat Kamal Kılıçdaroğlu barəsində həbs qərarı çıxarıb.
KONKRET.az xəbər verir ki, məhkəmə hakim Ədalət və İnkişaf Partiyasının sədri, Prezident Rəcəb Tayyib Ərdoğanın K.Kılıçdaroğlu ilə bağlı iddiasını təmin edib.
Hökmə əsasən, CHP-nin keçmiş sədri çıxışlarında prezidenti təhqir edib.
Məhkəmənin qərarına əsasən, siyasətçi 11 ay 20 gün müddətinə həbs cəzasına məhkum edilib.

Bu lap biabırçılıqdır. Ərdoğan Türkiyəni ağalıq etdiyi obyektə çevirib; məhkəmni də siyasətə qatıb və özəlləşdirib. Onun K.Kılıcdaroğluna qarşı kin-nifrəti o qədər soyumaq bilmir ki, adam partiya sədrliyindən yola salındıqdan sonra belə əl çəkmir və türl məhkəməsini bu kini soyutmaq üçün alətə çevirib. Soyuyacaqmı? Çətin. Belə despotlar minlərlə insanı çəzalandırmasa, əmələ gəlməz. Bir də Türkiyənin qanunvericiliyi başa düşülmür. Ərdoğan bir tərəfdən bütün vətəndaşlar kimi şərəf və ləyaqətinin müdafiəsi hüququna malkidir, digər tərəfdən isə belə bir hüquqa həm də prezident kimi malikdir. Türkiyədə bir prezident olduğu, qalan 80 milyon insanın isə prezident olmadığı üçün, onun bu hüququ ikiqat artıq olur ki, bu da qanunvericiliyin mürtəceləşdirilməsidir və ayrı-seçkiliyə yol verilməsidir. Türk xalqı axı azad xalq olub, o zaman buna nə üçün dözür, aydın deyil.