Türkiyənin şərqində baş verən uçqun nəticəsində ölənlərin sayı 41-ə çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin NTV televiziyası yayıb.
Uçqun zamanı 84 nəfərin də yaralandığı deyilir.
Hazırda xilasetmə işləri davam edir.
Uçqun fevralın 4-də Türkiyənin Van vilayətində qeydə alınıb. Van-Baxçasaray magistralı ilə hərəkət edən bir mikroavtobus 40 metr yüksəklikdən uçuruma düşüb.
Babək Göyüş
KONKRET.az
