Türkiyədə güclü zəlzələ, dağıntılar altından iki nəfər çıxarıldı – VİDEO / YENİLƏNİBbackend

Türkiyədə güclü zəlzələ, dağıntılar altından iki nəfər çıxarıldı - VİDEO / YENİLƏNİB

Türkiyənin Ərzurum vilayətinin Köprüköy rayonunda 5,1 bal gücündə zəlzələ baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar yerin 6,9 kilometr dərinliyində olub.

5,1 bal gücündəki zəlzələdən sonra daha yeddi afterşok qeydə alınıb.

Köprüköyün bəzi kəndlərində uçqunlar olub. İki nəfər uçqunların altından sağ çıxarılıb.

Hınıs avtomobil yolunda sürüşmə meydana gəlib. Yamacdan düşən qaya və torpaq səbəbindən yolda hərəkət dayanıb. Briqadaların səyləri nəticəsində yol yenidən hərəkətə açılıb.

18:46

Türkiyənin Ərzurum şəhərində 5.1 bal gücündə zəlzələ baş verib.

KONKRET.az xəbər verir ki, zəlzələ Ərzurumun Erenköy qəsəbəsində baş verib.

Yeraltı təkanlar həmçinin Ağrı, Diyarbəkir və Muş şəhərlərində də hiss olunub.

Zəlzələ nətuicəsində dağıntı və insan tələfatı haqqında məlumat verilmir.

  • Kamilov
    Noyabr 19, 2021 - 21:43

    Allah qorusun türk qardaşlarımızı. Dualarımız sizlədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*