Telekanal qeyd edib ki, Elazığda yaşayış binasının dağıntıları altından daha 2 nəfərin meyiti çıxarılıb. Xilasedicilər dağıntılar altından 45 nəfəri sağ çıxarıblar. Təbii fəlakət zamanı həmçinin 1607 nəfər xəsarət alıb.
Daha əvvəl zəlzələ zamanı 31 nəfərin həlak olduğu, 1466 nəfərin xəsarət aldığı bildirilirdi.
Türkiyədə 6,8 bal gücündə zəlzələ cümə günü, Bakı vaxtı ilə saat 21:55-də baş verib. Zəlzələdən sonra 228 yeraltı təkan qeydə alınıb.