Türkiyədən Belçikanın PKK qərarına sərt reaksiyabackend

Türkiyədən Belçikanın PKK qərarına sərt reaksiya

Türkiyənin Xarici İşlər Nazirliyi Belçika Ali Məhkəməsinin PKK terror təşkilatı ilə əlaqəli olan 36 fərdi və hüquqi şəxsə qarşı prokurorluğun 2010-cu ildə başlatdığı istintaqın qarşısını alan qərarını təsdiqləməsinə reaksiya göstərib.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, açıqlamada deyilir ki, bu qərar PKK-ya açıq bir dəstəkdir: “Belçika məhkəməsinin bu qərarı aralarında uşaqların, hətta körpələrin də olduğu 40 mindən çox vətəndaşımızın ölümündən məsul olan və Avropa Birliyinin terror təşkilatları siyahısında yer alan PKK-ya açıq bir dəstəkdir. Belçika hökuməti bu ağır və ziddiyyətli qərarın dərhal düzəldilməsi üçün bütün addımları atmalıdır”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*