Türkiyədən Ermənistana SƏRT REAKSİYA: “Azərbaycan tək deyil”backend

Türkiyədən Ermənistana SƏRT REAKSİYA: "Azərbaycan tək deyil"

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın sosial media hesabından etdiyi açıqlamada “Ermənistanın Azərbaycana qarşı hücumunu şiddətlə qınayırıq. Bu hücumların qarşısında Türkiyə Azərbaycanın yanındadır” deyib.

KONKRET.az-ın məlumatına görə, Kalın qeyd edib ki, “Ermənistan mülki yaşayış məntəqələrinə hücum edərək atəşkəsi pozub, sülh və sabitliyə qarşı olduğunu bir daha nümayiş etdirib. Beynəlxalq ictimaiyyət bu təhlükəli təxribatı dərhal dayandırmalıdır.

Türkiyə bu hücumlar qarşısında Azərbaycanın yanında dayanır.

Hücumlarda həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirik. Azərbaycan tək deyil. Türkiyənin tam dəstəyinə sahibdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*