Türkiyədən İrana Araz çayı üzərində MESAJ: “Azərbaycana edilən təhdid bizə qarşı yönəlib”backend

Türkiyədən İrana Araz çayı üzərində MESAJ: “Azərbaycana edilən təhdid bizə qarşı yönəlib”

“Azərbaycan və Türkiyə Naxçıvanda “Sarsılmaz qardaşlıq-2021” təliminə start verib. Təlim iki ölkə arasında imzalanmış hərbi əməkdaşlıq sazişinə əsasən keçirilir, lakin özündə konkret mesajları da ehtiva edir”.

Bu barədə KONKRET.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirib. O qeyd edib ki, İran Culfa-Aslandüz-Muğan istiqamətində təlimlər keçir. Türkiyə Naxçıvanda bu təlimlərə başlamaqla Tehrana başa salmaq istəyir ki,  Azərbaycana qarşı təhdid ona yönəlib: “Hətta Türkiyə PUA-larının İranla sərhəddə kəşfiyyat uçuşları həyata keçirdiyinə dair məlumatlar da yayılmışdı. İranın Arazboyu təlimlərinə mesaj elə Araz çayının üzərindən verilir. “Sarsılmaz qardaşlıq-2021” təlimi çərçivəsində bayraqdəyişmə mərasimi Araz çayı üzərindəki “Ümid” körpüsündə baş tutub”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*