Türkiyədən onlara SƏRT BƏYANAT: “Kiprdən əl çəkməyəcəyik”backend

Türkiyədən onlara SƏRT BƏYANAT: "Kiprdən əl çəkməyəcəyik"

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Şimali Kiprdə yerləşən 39-cu Mexanikləşdirilmiş Piyada Diviziya Komandanlığında hərbçilərə müraciət edib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Gülər qeyd edib ki, Türkiyə beynəlxalq hüquqdan irəli gələn hüquqlarını və Şimali Kipr türk xalqının maraqlarını qorumaqda qətiyyətlidir.

Nazir Şərqi Aralıq dənizində davam edən gərginliyin regional təhlükəsizlik üçün risk yaratdığını bildirərək, Ankaranın bölgədəki hüquq və maraqlarını bundan sonra da müdafiə edəcəyini vurğulayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*