Türkiyənin əhalisi 1 iyul tarixinə 86 milyon 320 min 602 nəfər olub.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Qurumu (TÜİK) rüblük əhali statistikasını açıqlayıb. Məlumatlara görə, 2025-ci il sonunda 86 milyon 92 min 168 nəfər olan ölkə əhalisi, bu ilin ilk 6 ayında 228 min 434 nəfər artıb. Əhali, 1 May–1 İyul dövründə isə 123 min 904 nəfər yüksəlib.
Beləliklə, ölkə əhalisi 1 iyul tarixinə 86 milyon 320 min 602 nəfərə çatıb.
Kişi əhalisinin nisbəti 50,01% (43 milyon 170 min 975 nəfər), qadın əhalisinin nisbəti isə 49,99% (43 milyon 149 min 627 nəfər) olaraq qeydə alınıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
