Türkiyədən kosmosa ilk səyahət edənlərin adları açıqlanıb.
KONKRET.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan İstanbul Atatürk Hava Limanında keçirilən “TEKNOFEST”-də onların adlarını qeyd edib.
Türkiyənin ilk kosmonavtları Tuva Cihangir Atasever və Alper Gezeravci olacaq.
Tədbirdə Tuva Cihangir Ataseverin əslən Azərbaycan türkü olduğu bildirilib.
