Türkiyənin Sankt-Peterburqdakı baş konsulu VƏFAT ETDİbackend

Türkiyənin Sankt-Peterburqdakı baş konsulu VƏFAT ETDİ

Türkiyənin Rusiyanın Sankt-Peterburq şəhərindəki Baş konsulu Mehmet Ferhan Yorulmaz vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu öz tviter hesabında bildirib.

“Hörmətli həmkarımız, Sankt-Peterburq baş konsulumuz Mehmet Ferhan Yorulmazı itirdik. Mərhum baş konsulumuza Allahdan rəhmət, ailəsinə başsağlığı və səbr diləyirəm”deyə türkiyəli nazir əlavə edib.

Xatırladaq ki, Yorulmaz 2020-ci ilin 15 oktyabr tarixində Türkiyənin Sankt-Peterburq şəhərində Baş konsulu təyin olunmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*