Türkiyənin Vitse-prezidenti Ermənistan ordusunun Gəncəni atəşə tutmasını pisləyibbackend

Türkiyənin Vitse-prezidenti Ermənistan ordusunun Gəncəni atəşə tutmasını pisləyib

“Döyüş meydanında və dünya ictimaiyyəti arasında etibarını sürətlə itirən Ermənistanın sərhədə təxminən 70 km məsafədə yerləşən Gəncə şəhərində mülki əhalini hədəf seçməsi insanlıq əleyhinə cinayətdir”.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Vitse-prezidenti Fuad Oktay “Twitter”də bildirib.

“Məsum insanların canına qəsd edən bu xain hücumu lənətləyir, qardaş Azərbaycan xalqına başsağlığı verirəm”, – deyə F. Oktay qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*