Türkiyəyə məxsus hərbi təyyarənin qəzaya uğramasına NƏ SƏBƏB OLUB? – ŞOK VERSİYAbackend

Türkiyəyə məxsus hərbi təyyarənin qəzaya uğramasına NƏ SƏBƏB OLUB? - ŞOK VERSİYA

Xəbər verdiyimiz kimi, Gürcüstan ərazisində Türkiyə Silahlı Qüvvələrinə məxsus “C-130” tipli hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi açıqlama yayıb. Nazirlik bildirib ki, təyyarənin göyərtəsində 20 hərbçi olub.

İlkin versiyaya əsasən, qəzanın səbəbi daxili partlayış ola bilər. Məlumata görə, ekipaj uçuş zamanı təyyarə daxilində yaranan nasazlıq barədə Gürcüstan rəsmilərinə məlumat verməyə cəhd edib. Lakin naviqasiya və GPS sistemində yaranan ciddi problemlər səbəbindən ekipaj əlaqə qura bilməyib.

Ehtimal edilir ki, təyyarə havaya qalxarkən artıq naviqasiya sistemində texniki nasazlıq mövcud olub. Hadisə şahidlərinin sözlərinə görə, təyyarə qəzadan əvvəl havada tüstülənərək alov topuna çevrilib.

Hazırda Gürcüstan və Türkiyə aidiyyəti qurumları axtarış-xilasetmə işlərini davam etdirir. Qəzanın dəqiq səbəbi araşdırılır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*