“Türkmənistan-Qazaxıstan qardaşlıq münasibətləri” mövzusunda brifinq keçirilib – FOTOLARbackend

“Türkmənistan-Qazaxıstan qardaşlıq münasibətləri" mövzusunda brifinq keçirilib - FOTOLAR

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

“Türkmənistan-Qazaxıstan mehriban qonşuluq və qardaşlıq münasibətləri və Türkmənistanın Daimi Neytrallığı” mövzularında brifinq keçirilib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosunun verdiyi xəbərə görə, tədbir Türkmənistanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub. Brifinqdə çıxış edən Türkmənistan səfiri Batyr Rejepov son illər fəal şəkildə inkişaf edən Türkmənistan-Qazaxıstan qardaşlıq münasibətlərindən danışıb.  O qeyd edib ki, Türkmənistan BMT Baş Assambleyasının müvafiq qətnamələri ilə təsdiqlənmiş daimi bitərəf statusuna arxalanaraq dünyanın bir çox ölkələri ilə fəal və konstruktiv dialoq aparır. Bu kontekstdə Qazaxıstanla əlaqələrin inkişafı və möhkəmləndirilməsi Türkmənistanın xarici siyasət gündəmində mühüm yer tutur. Türkmənistan və Qazaxıstanı sıx dostluq əlaqələri, iki ölkə xalqlarının tarixi birliyi və mədəni yaxınlığı birləşdirir.

Türkmənistan səfiri vurğulayıb ki, Türkmənistan və Qazaxıstan BMT-nin Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, İnsan Hüquqları Şurası və digər mühüm qurumlara seçkilərdə qarşılıqlı dəstək nümayiş etdirib. 2021-ci ildə Qazaxıstan Türkmənistanın təşəbbüsü ilə BMT divarları çərçivəsində yaradılmış Neytrallıq Dostları Qrupuna qoşulub və pandemiya zamanı və ondan sonrakı dövrdə Mərkəzi Asiyada qabaqlayıcı diplomatiya və nəqliyyat əməkdaşlığı mövzusunda qətnamələrin birgə sponsoru olub.

Səfir əlavə edib ki, iki ölkə arasında məhsuldar əməkdaşlığın mütərəqqi şəkildə qurulmasının ən bariz nümunəsi, müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin mütəmadi səfərləri, hər iki dövlətin rəhbərlərinin şəxsi təmaslarıdır. Prezidentlər Qurbanqulu Berdiməhəmmədov və Kasım-Jomart Tokayevin sistematik görüşləri, onların qarşılıqlı isti və etimada əsaslanan münasibətləri Türkmənistan və Qazaxıstanın uğurla qurulan ənənəvi tərəfdaşlığı aktivləşdirmək və genişləndirmək istəyinin ən yaxşı sübutudur.

Brifinqdə səfir B.Redjepov Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Mərkəzi Asiya Dövlət Başçılarının 3-cü Məşvərət Görüşündə iştirak etmək üçün Türkmənistana səfəri barədə ətraflı danışıb. Türkmənistan-Qazaxıstan münasibətlərini qardaşlıq bağları üzərində qurduğuna, iki dövlət arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə böyük töhfəyə verdiyinə və BMT baş katibinin müavini vəzifəsində işlədiyi müddətdə Türkmənistanın neytral siyasətinin təşviqinə dəstək göstərdiyinə görə, Kasım-Jomart Tokayevə təşəkkür edib.

KONKRET.az

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*