Türkmənistan Rusiya dövlət telekanallarının yayımını DAYANDIRDIbackend

Türkmənistan Rusiya dövlət telekanallarının yayımını DAYANDIRDI

Türkmənistan Rusiyanın “Rossiya 1” və Rusiya Müdafiə Nazirliyinə bağlı “Zvezda” telekanallarının yayımını dayandırıb.

KONKRET.az “İnterfaks”a istinadən xəbər verir ki, onlar ölkənin ən böyük lisenziyalı rabitə operatoru “Aşqabad Şəhər Telefon Şəbəkəsi” QSC tərəfindən yayımlanıb.

Rusiyanın digər telekanalları, o cümlədən “Pervı”, RenTV, NTV, STS, TNT, “Çe”, “Matç” və başqaları yayımlanmaqda davam edir.

Türkmənistanda xarici telekanallara baxmaq yalnız yerli operator tərəfindən təqdim olunan kabel və İP televiziyada mümkündür.

Qeyd edək ki, daha öncə Qırğız Respublikasında yerli operator Rusiya telekanallarının yayımını dayandırmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*