
Türkmənistanın keçmiş prezidentləri parlamentin yuxarı palatası olan Xalq Məsləhətxanasının (Milli Şura) üzvləri olacaqlar.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, müvafiq müddəalar konstitusiya dəyişiklikləri layihəsində öz əksini tapıb.
Layihəyə görə, hər bir keçmiş prezident bu hüquqdan imtina etməsə, Xalq Məsləhət Şurasının üzvü olaraq qalacaq.
Yeri gəlmişkən, bundan əvvəl Konstitusiyada keçmiş dövlət başçılarının taleyi qeyd olunmamışdı.
Konstitusiyanın yeni variantı layihəsində Xalq Məsləhəti Şurasının başçısı gizli səsvermə yolu ilə seçiləcək.
Qeyd edək ki, bu qurum Saparmurat Niyazovun dövründə böyük nüfuza sahib idi. Məhz bu qurum prezidentin bütün eksantrik qərarlarını (həftənin ayları və günlərinin adını dəyişdirmək kimi) təsdiqləmişdi. Qurbanqulu Berdiməhəmmədov əvvəllər Məsləhatxananı ləğv etmişdi. Bunun əvəzinə ölkənin həyatında ciddi rol oynamayan Yaşlı Məsləhətxanası (Ağsaqqallar Şurası) yaratmışdı.
Müşahidəçilər konstitusiya islahatının hakimiyyətin planlı şəkildə təhvil verilməsi ilə əlaqəli olduğunu düşünürlər.
Ən çox yayılmış versiyaya görə, 62 yaşlı Berdiməhəmmədovun varisi oğlu Sərdar Berdiməhəmmədov olacaq.
Hazırda o, ölkənin sənaye və inşaat naziridir.
