Türkmənistanda Yeni il şənliyi ilə bağlı qeyri-adi QƏRARbackend

Türkmənistanda Yeni il şənliyi ilə bağlı qeyri-adi QƏRAR

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Yeni il şənlikləri üçün büdcə və dövlət qurumlarının işçilərinin noyabr ayının maaşından 30 manat tutulacaq.

Yığılan vəsait Türkmənistanda quraşdırılacaq dörd Milad ağacı və digər bəzək əşyalarının alınmasına yönələcək. Müəssisələr işçilərin maaşlarını hər ayın 16-17-də banklara köçürürlər. Artıq banklara əmək haqqı fərdi hesablara köçürülənə qədər göstərilən məbləği tutmaq tapşırılıb.

Təşkilat rəhbərləri puldan imtina etmənin hökumət tədbirində iştirak etmək istəməməsi kimi qiymətləndiriləcəyini açıqlayıb. Razılaşmayanlar öz istəkləri ilə istefa məktubu yazmalıdırlar.

Şəhərdəki əsas Milad ağacı Vilayat rəhbərliyinin inzibati binası ilə üzbəüz Ruhyet Sarayının yaxınlığında quraşdırılacaq. Burada 31 dekabr səhər 6-dan Yeni ilədək rəsmi bayram şənliyi keçiriləcək. Hər bir şəhər müəssisəsi ona müəyyən sayda işçi göndərməyə borcludur.

Aşqabadın Dram Teatrında daha bir ağac quraşdırılacaq. Tədbirlərdə qadınlardan qırmızı və ya mavi rəngdə olan milli geyimlərdə olmaları tələb olunur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*