“Twitter” Rusiya XİN-in səhifəsini BLOKLADIbackend

“Twitter” Rusiya XİN-in səhifəsini BLOKLADI

“Twitter” sosial şəbəkəsi  Rusiya Xarici İşlər Nazirliyinin ingilis dilində olan rəsmi hesabını 7 gün müddətinə bloklayıb.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. “Avqustun 5-nə keçən gecə “Twitter” platformasının administrasiyası Xarici İşlər Nazirliyinin ingilis dilində olan rəsmi hesabını 7 gün müddətinə bloklayıb. Buna səbəb Rusiyanın Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunları rəhbəri general-leytenant İqor Kirillovun brifinqindən ABŞ-ın hərbi bioloji fəaliyyəti ilə bağlı çıxarışların dərci olub”, – Zaxarova məlumat verib.

Onun fikrincə, sosil şəbəkə rəhbərliyinin bu addımı Rusiyanı susdurmaq cəhdidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*