UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Azərbaycanın qadınlardan ibarət U-19 millisinin yarımmüdafiəçisi Aysu Əsədovanı 3 oyunluq cəzalandırıb.
KONKRET.az xəbər verir ki, buna səbəb onun Gürcüstana qarşı keçirilən matçda rəqib oyunçuya hücum etməsidir.
Aprelin 17-də baş tutan oyunda A.Əsədova həmin hərəkətinə görə qırmızı vərəqə almışdı.
