Uitkoffun bu fikri Moskva və Kiyevdə narazılıq yaratdı backend

Uitkoffun bu fikri Moskva və Kiyevdə narazılıq yaratdı 

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı danışıqlardakı rolu həm Kiyevdə, həm də Moskvada narazılıq doğurub.

KONKRET.az xəbər verir ki, “Kyiv Independent”in danışıqlar prosesinə yaxın mənbələrə istinadən yaydığı məlumata görə, Uittoffun danışıqlar prosesindən kənarlaşdırılması və onun Rusiyanın nümayəndəsi Kirill Dmitriyevlə əlaqələrinin zəiflədilməsi istiqamətində bir neçə təşəbbüs irəli sürülüb.

Məlumata əsasən, Ukrayna rəsmiləri Vaşinqtonun danışıqlar prosesinə kifayət qədər yeni ideya gətirmədiyini və Moskva üzərində yetərli təzyiq göstərmədiyini düşünür. Rusiya tərəfi isə Uittoffu diplomatik uğursuzluqlarda və Kiyevdən ərazi güzəştləri əldə edə bilməməkdə günahlandırır.

“Kyiv Independent”ə danışan ukraynalı danışıqlar iştirakçılarından biri ABŞ-ın mövqeyindən narazılığını belə ifadə edib: “Onlar bizə daim deyirlər ki, bu müharibəni başa çatdırmalısınız. Sanki biz, lənət olsun, onu başa çatdırmaq istəmirik”.

Bununla belə, ABŞ Prezidenti Donald Trampın Uittoffun rolunu dəyişmək niyyətində olmadığı bildirilir.

Ağ Evin nümayəndəsi Anna Kelli isə nəşrin məlumatlarını təkzib edib. O, yazını “tamamilə cəfəngiyyat və saxta xəbər” adlandıraraq Tramp və Uittoffun münaqişəyə son qoymaq üçün “son dərəcə səylə çalışdığını” bildirib.

Günay Əli

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*