Ukrayna ABŞ-a sülh prosesi ilə bağlı yeni təkliflər təqdim edibbackend

Ukrayna ABŞ-a sülh prosesi ilə bağlı yeni təkliflər təqdim edib

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev yaxın günlərdə ABŞ-a sülh prosesinə dair yeni təkliflər təqdim edib.

KONKRET.az xəbər verir ki, Zelenski eyni zamanda Ukraynanın Donbasın hələ də nəzarətində olan hissəsindən imtina etməsi ilə bağlı fikirləri rədd edib.

O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin ələ keçirməyə çalışdığı Donbas ərazilərinin Ukrayna tərəfindən güzəştə gedilməsi mümkün deyil.

Zelenskinin sözlərinə görə, təhlükəsizlik zəmanətləri Kiyev üçün əsas məsələlərdən biri olaraq qalır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*