Almaniyanın “Die Welt” qəzetinin oxucuları rəsmi Kiyevin Almaniyadakı səfiri Andrey Melniki əvəz edənə qədər Ukraynaya yardımı dayandırmağı təklif ediblər.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Melnik Almaniya kansleri haqda dediyi sözlərə görə üzr istəməkdən imtina edib. O, Almaniyanın Ukraynaya ağır silahlarla kömək etmədiyini, ancaq “nağıl” danışdığını bildirib.
Buna cavab olaraq “Die Welt” qəzetinin oxucuları Kiyevə ultimatum verilməsini, Ukraynanın Almaniyadakı səfiri dəyişənə qədər Almaniyanın yardımlarının dayandırılmasını tələb ediblər.
Bundan əvvəl Şolz “ZDF” telekanalına müsahibəsində kiyevə səfər etmək niyyətində olmadığını bildirib.
Müşviq Tofiqoğlu,
KONKRET.az
