Rusiya-Ukrayna müzakirələri sabah baş tutacaq.
KONKRET.az xəbər verir ki, xəbər verir ki, görüş Belarus sərhədindəki Brestdə olacaq.
21:06
Ukrayna nümayəndə heyəti danışıqlar üçün Kiyevi tərk edib və sabah səhər qayıdacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi, Qomeldəki nümayəndə heyətinin rəhbəri Vladimir Medinski məlumat yayıb.
Qeyd edək ki, ikinci raund danışıqları da Belarusda keçiriləcək.
19:03
Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlar aparmaq üçün yola düşüb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, danışıqlar Belarusun Belovejskaya Puşça rayonunda aparılacaq.
16:12
Bu gün axşam saatlarında Ukrayna və Rusiya arasında danışıqların növbəti mərhələsi keçiriləcək.
KONKRET.az xəbər verir ki, bunu Ukrayna Prezidentinin Ofisi təsdiqləyib.
Bildirilib ki, danışıqları aparacaq heyətlərin tərkibində heç bir dəyişiklik edilməyib.
***
13:50
“Rusiya nümayəndə heyəti martın 2-də axşama sarı danışıqların yeni raundunun keçiriləcəyi yerə gedəcək və Ukrayna nümayəndələri ilə görüşə hazır olacaq”.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.
Kreml rəsmisinin sözlərinə görə, Prezidentin köməkçisi Vladimir Medinski nümayəndə heyətinin rəhbəri qalacaq.
