Ukrayna dronlarının Rusiyanın müxtəlif bölgələrinə hücumları nəticəsində Tver vilayətində Wildberries anbarının divarı zədələnib.
KONKRET.az xəbər verir ki, müəssisənin əməkdaşları arasında xəsarət alan olmayıb.
Leninqrad vilayətində 51 PUA vurulub. Dron qalıqlarının düşməsi nəticəsində Ust-Luqa limanında yanğın baş verib. Yanğın söndürülüb, xəsarət alan olmayıb.
Rostov vilayətinin Kamensk-Şaxtinski şəhəri və Kamensk rayonunda gecə saatlarında təxminən 20 PUA məhv edilib.
Moskva istiqamətində hava hücumundan müdafiə sistemləri şəhərə yaxınlaşan 12 PUA-nın hücumunun qarşısını alıb.
Məlumatı müvafiq olaraq Tver vilayətinin qubernator səlahiyyətlərini icra edən Vitali Korolyov, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko, Rostov vilayətinin qubernatoru Yuri Slyusar və Moskva meri Sergey Sobyanin açıqlayıblar.
Rəsmiyyə Şərifova,
KONKRET.az
