Ukrayna Gerasimova qarşı sui-qəsdi ETİRAF ETDİ: “İzyuma gələndə biz onu vurduq”backend

Ukrayna Gerasimova qarşı sui-qəsdi ETİRAF ETDİ: "İzyuma gələndə biz onu vurduq"

Ukrayna Prezident Aparatının müşaviri Aleksey Arestoviç Rusiya Baş Qərargah rəisi Valeri Gerasimova qarşı sui-qəsd planları olduğunu təqdiqləyib.

KONKRET.az-ın məlumatına görə, o, jurnalist Mark Feyqinin YouTube kanalında bildirib ki, Ukrayna qüvvələri İzyuma səfəri zamanı Valeri Gerasimovu məhv etməyə cəhd edib.

ABŞ rəsmilərinin Kiyevin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinə qarşı sui-qəsd planıının həyata keçməsinin qarşısını almağa çalışdıqları barədə “The New York Times” materialını şərh edən Aretoviç qeyd edib ki, bu hadisələr ötən ilin ikinci yarısında baş verib.

“Aprel və ya may ayında Rusiya Baş Qərargahının rəhbəri Xarkov vilayətinin İzyum şəhərinə gələndə Gerasimov orada idi və biz onu vurduq” deyə Ukrayna prezidentinin müşaviri bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Gerasimovun yerləşdiyi qərargahı hədəf alıb, lakin o artıq həmin ərazini tərk etmiş olub.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*