“Ukraynada keçiriləcək prezident seçkiləri gələcək danışıqlar üçün vacibdir”.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, danışıqlar üçün Kiyevdə legitim hakimiyyətin olması lazımdır.
“Ukraynada seçkilərin keçirilməsi ideyası de-yure rəhbərliyin legitimləşdirilməsi baxımından vacibdir, Zelenskinin səlahiyyətləri bitib”, – Peskov vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az