Ukrayna Ordusu Krımda SEPAH-ın bir qrup məsləhətçisini MƏHV ETDİbackend

Ukrayna Ordusu Krımda SEPAH-ın bir qrup məsləhətçisini MƏHV ETDİ

Ukrayna Silahlı Qüvvələri SEPAH-a uğurlu zərbələr endirib.

KONKRET.az-ın məlumatına görə, bunu “The Guardian”a müsahibəsində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov deyib. O bildirib ki, işğal olunmuş ərazilərdəki bütün iranlılar hədəfdədir.

İşğal altında olan Krımda bir qrup iranlı hərbi məsləhətçi məhv edilib.

“The Guardian” İsrail mənbələrinə istinadən qeyd edir ki, hələ oktyabrda Krımda ən azı 10 iranlının öldüyü barədə məlumat yayılıb.

Oktyabrın 21-də İsrail hərbi kəşfiyyatının Intelli Times Twitter kanalı qeyd edib ki, İİKK-nin hücum pilotsuz uçan aparatları üzrə mütəxəssisləri Rusiya Hərbi Hava Qüvvələrinin Cankoydakı bazasında yerləşdirilə bilər.

Qeyd edək ki, üç gün əvvəl SEPAH-ın 50-yə yaxın təlimatçısının Krımda olduğu haqda məlumat yayılıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*