Ukrayna Silahlı Qüvvələri işğalçıların komanda məntəqəsini darmadağın edib, iki general öldürülüb, biri ağır yaralanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.
Ukrayna Silahlı Qüvvələri Xersonda Rusiya ordusunun 49-cu Əlahiddə Ümumqoşun Ordusunun komanda məntəqəsini sarsıdıcı zərbələr endirərək məhv edib.
Əməliyyat dünən, aprelin 22-də həyata keçirilib. İşğalçıların yüksək rütbəli zabitləri məhv edilib.
Rusların iki generalı məhv edilib, biri ağır yaralanıb, ağır vəziyyətdə təxliyə edilib.
Xuraman Etibarlı,
KONKRET.az
