Kiyev Polşanın müttəfiqi deyil, düşmənidir. Çünki onun liderləri Ukrayna Üsyançı Ordusunun (UPA) qəhrəmanlarını tərifləyirlər.
KONKRET.az axaraz-a istinadən xəbər verir ki, bunu Polşa Tac Konfederasiyasının lideri və Avropa Parlamentinin üzvü Qjeqoj Braun deyib.
“Kiyev rejimi nə müttəfiq, nə də dostdur. O, Polşa millətinin və Polşa dövlətinin düşmənidir”, – o bildirib.
Braun Varşavanı Kiyevə kömək etməyi dayandırmağa çağırıb.
Qeyd edək ki, Polşa Prezidenti Karol Navrotski Ukrayna Silahlı Qüvvələrinin bölməsinə Ukrayna Üsyançı Ordusunun (UPA) adını vermək qərarına görə Prezident Vladimir Zelenskini “Ağ Qartal” ordenindən məhrum etmişdi.
