Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi olub.
KONKRET.az RBK-yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Məlumata görə, 17 ukraynalı əsir 15 rusiyalı əsirlə dəyişdirilib.
“16 Ukrayna hərbçisi, o cümlədən iki zabit və 14 əsgər vətənə qayıdır. Bir mülki şəxs də azad edilib”, – idarədən bildirib.
Həmçinin qeyd edilib ki, beş hərbçi ağır yaralanıb və təcili müalicəyə ehtiyacı var.
İqbal Rzayev,
KONKRET.az
