Ukraynada bu il sülh olmayacaq – Putinin dayanmaq fikri yoxdurbackend

Ukraynada bu il sülh olmayacaq - Putinin dayanmaq fikri yoxdur

Sülh sazişinin ilin sonunadək imzalanması baş verməyəcək.

KONKRET.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) rəis müavini Vadim Skibitski bildirib. O qeyd edib ki, Rusiya bu il sülh sazişində maraqlı deyil.

“Ukrayna Müdafiə Nazirliyinin QUR analitikləri öz təhlillərində döyüş meydanında Rusiyanın atəşi dayandırmağa və normal danışıqlara başlamağa hazır olduğunu göstərən heç bir əlamətin olmadığını nəzərə alırlar. Onların planları belədir və özləri də bunu deyirlər: bu ilin sonunadək heç bir razılaşma və sülh sazişinin imzalanması olmayacaq”, – Skibitski vurğulayıb.

O əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin qarşısına qoyduğu məqsədlərə çatmaq istəyir. Onun sözlərinə görə, əsas hədəflərdən biri Donetsk və Luqansk vilayətləridir. Skibitski bildirib ki, Rusiya Baş Qərargahının planlarına Donetsk vilayətinin tam işğalının bu ilin sonunadək başa çatdırılması daxildir.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*