Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan indiyədək 158 uşaq həlak olub, 254 uşaq isə yaralanıb.
KONKRET.az-ın məlumatına görə, bu barədə Ukrayna Baş Prokurorluğunun bəyanatında qeyd olunub.
Bildirilib ki, ən çox Kiyev, Donetsk, Xarkov, Çerniqov və Nikolayev regionlarında yaşayan uşaqlar müharibənin qurbanına çevriliblər.
Məlumatda vurğulanıb ki, 18-20 mart tarixlərində Rusiya Silahlı Qüvvələrinin Çerniqov regionunda mülki avtomobilləri artilleriya atəşinə tutması nəticəsində 2-si uşaq olmaqla 13 nəfər həlak olub.
Martın 26-da Mariupolun atəşə tutulması nəticəsində isə 3 uşaq həlak olub.
Məlumatda o da qeyd olunub ki, bombardman və top atəşləri nəticəsində Ukraynada ümumilikdə 869 təhsil müəssisəsi zədələnib, onlardan 83-ü tamamilə yararsız hala düşüb.
