Ukraynada ölən “kadırovçular”ın ailələrinə kompensasiya əvəzinə bir kisə kartof və soğan PAYLANIR – FOTObackend

Ukraynada ölən "kadırovçular"ın ailələrinə kompensasiya əvəzinə bir kisə kartofsoğan PAYLANIR - FOTO

Ukraynada ölən “kadırovçu”ların analarına az miqdarda ərzaq yardımı edilib.

KONKRET.az xəbər verir ki, Qroznı telekanalı Ramzan Kadırovun Ukraynada “xüsusi əməliyyat” zamanı həlak olanlara necə qayğı göstərdiyinə dair süjet nümayiş etdirib. Çeçenistanda ölən əsgərlərin ailələrinə pul kompensasiyası əvəzinə bir kisə kartof və soğan paylanır.

Yerə plyonka sərilib, üstünə eyni ərzaq bağlamaları qoyulub və bunları ölən “kadırovçular”ın ailələrinə göndəriləcəyi bildirilib.

Ərzaq bağlamasına nələrin daxil olduğunu ekran görüntüsündə görmək olar. Bir kisə kartof, soğan, düyü görünür, deyilənə görə, günəbaxan yağı da olacaq. Bir ailə üzvünün ölümünə bu cür “adekvat” yardım hər kəsi təəccübləndirib.

 

Xuraman Etibarlı,

KONKRET.az

  • Aslan
    Aprel 4, 2022 - 00:21

    Rəzalət, skandal, tam bir fiasko. Bir insanın həyatı bir kisə potato və soğanla mı ölçülür rusyada?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*