Ukraynada ölən rus hərbçilərinin sayı açıqlandıbackend

Ukraynada ölən rus hərbçilərinin sayı açıqlandı

Ukraynada ölən Rusiya hərbçilərinin sayı 300 mini keçib.

KONKRET.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Silahlı Qüvvələr üzrə dövlət naziri Ceyms Heppi bildirib.

Onun sözlərinə görə, 2022-ci ilin fevralından bəri Ukraynada 302 minə yaxın rus əsgəri ölüb və ya yaralanıb, on minlərlə rus əsgəri isə fərarilik edib.

Heppi qeyd edib ki, Rusiya müharibə zamanı 7117 zirehli texnika, 2475 döyüş tankı, 93 hava hücumundan müdafiə təyyarəsi, 132 helikopter, 320 PUA, 16 gəmi , 1300-dən çox artilleriya sistemi itirib.

Nazir bildirib ki, Rusiya uğrunda döyüşən özəl hərbi şirkətlərin itkilərinin sayını müəyyən etmək mümkün deyil. O əlavə edib ki, bu itkilər Rusiyanın rəsmən açıqladığı siyahıya daxil edilməyib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*