“Ukraynada öz məsələlərimizi özümüz həll edəcəyik” – Poroşenko Putinin təklifini RƏDD ETDİbackend

"Ukraynada öz məsələlərimizi özümüz həll edəcəyik" - Poroşenko Putinin təklifini RƏDD ETDİ

Ukraynanın eks-prezidenti, Ali Radanın deputatı Petro Poroşenko Rusiya Prezidentinin ona siyasi sığınacaq verilə biləcəyi ilə bağlı təklifinə cavab verib.

KONKRET.az RİA “Novosti”yə istinadən xəbər verir ki, Poroşenko barəsində açılan cinayət işini Prezident Vladimir Zelenskinin “Putinə hədiyyəsi” kimi xarakterizə edib.

O, Zelenskini ölkəni birləşdirməyə səsləyib, eyni zamanda, Putinin humanitar məqsədlərlə ona siyasi sığınacaq vermək təklifinə “yox” cavabı verib.

“Vladimir Vladimiroviç nəhayət anlamalıdır ki, biz Ukraynada öz məsələlərimizi özümüz həll edəcəyik. Və Rusiyanın Ukrayna və ukraynalı siyasətçilər barədə ənənəvi qayğıları çoxdan bitib. Bu ənənəyə mən Ukrayna Prezidenti seçilən gündən son qoyulub”, – Poroşenko deyib.

Xatırladaq ki, Putin Fransa Prezidenti Emmanuel Makronla görüşü zamanı Rusiyanın Poroşenkoya humanitar məqsədlərlə siyasi sığınacaq verə biləcəklərini söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*