“Biz Ukraynanın regionlarında baş verən hər şeyə tam nəzarət edirik”.
KONKRET.az xəbər verir ki, bu barədə Prezidentin müşaviri Mixail Podolyak bütün ölkə üzrə düşmənin hücumu ilə bağlı vəziyyətə dair açıqlamasında bildirib.
O deyib ki, hakimiyyət Ukraynanın regionlarında bütün proseslərə tam nəzarət edir.
Prezidentin müşaviri vurğulayıb ki, Ukraynanın heç bir şəhəri təslim olmayıb. Podolyak izah edib ki, rus tanklarının kolonu şəhərə daxil ola bilər, lakin ərazini qoruyan silahlı qüvvələr bu texnikaya qarşı mübarizə aparacaq.
“Rus tankları və hərbi texnikaları Ukrayna Silahlı Qüvvələrinin yerləşdiyi digər şəhərlərdə də yandırılacaq və məhv ediləcək. Bu gün Rusiya Melitopol və ya Ukraynanın başqa şəhəri üzərində nəzarəti bərqərar edə bilməz. Bu, fiziki cəhətdən mümkün deyil. Bu, 2014-cü il deyil”, – Podolyak vurğulayıb.
Ukrayna Rusiyanın fövqəladə miqdarda rus texnikasının olmasına baxmayaraq, müqavimət göstərir. Ukraynalı müdafiəçilər ruslarla güclü iradə ilə vuruşurlar.
Xuraman Etibarlı,
KONKRET.az
