Ukraynada “Turan” türk batalyonu YARADILDI – VİDEObackend

Ukraynada “Turan” türk batalyonu YARADILDI - VİDEO

Ukraynada “Turan” türk batalyonu yaradılıb. Qırğızıstan vətəndaşı Almaz Kudabek Садыков komandir təyin edilib.

KONKRET.az xəbər verir ki, bu barədə komandir təyin edilən Sadıkov videomüraciət yayımlayıb.

O, videomüraciətində bəyan edib ki, Rusiya Federasiyasının rəhbəri Ukraynada “xüsusi əməliyyat” adı altında ölkənin türkdilli əhalisinə qarşı əsl soyqırımla məşğuldur.

Onun sözlərinə görə, Kadırov cihad elan edərək İslamın arxasında gizlənmək qərarına gəlib.

Kudabek Ukraynadakı cinayətlərini ört-basdır etmək üçün Çeçenistan rəhbərindən “müqəddəs dinə” toxunmamağı tələb edib.

“İslamın arxasında gizlənən Ramzan Kadırov cihad elan edir. Onun şeytani rejimini məhv edəcəyik və bunun üçün hər gün vuruşacağıq. Yaşasın Turan!”, – deyə o bildirib.

O, müraciətində “Alqa, Turan!” (İrəli Turan) şüarını səsləndirib.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*