Ukraynadakı müharibənin Rusiyaya KEÇMƏ TƏHLÜKƏSİ – Belqorod BOŞALDILIR + FOTOFAKTbackend

Ukraynadakı müharibənin Rusiyaya KEÇMƏ TƏHLÜKƏSİ - Belqorod BOŞALDILIR + FOTOFAKT

Rusiyada müharibə göründüyündən də yaxındır, lakin hakimiyyət əhalini xəbərdar etməyə tələsmir.

KONKRET.az xəbər verir ki, rus ordusu sərhəd bölgələrində artıq fəal şəkildə hərbi əməliyyatlara hazırlaşır. Yerlərdə evakuasiya planlaşdırır, səngərlər qazır və eyni zamanda əhalidən təşvişə düşməməyi xahiş edirlər.

Qeyd edək ki, aprelin 5-də Kursk vilayətindəki Sudja sərhəd-keçid məntəqəsi atəşə tutulub. Amma səlahiyyətlilər bu barədə yalnız bu gün məlumat veriblər.

Bu gün Belqorod vilayətində səhər saatlarından etibarən bölgənin bütün məktəblərindən işçilərin və şagirdlərin təxliyəsi elan edilib. İddiaya görə, mina haqqında xəbərlər yayılıb.

Eyni zamanda, bölgələrdə tez-tez partlayış səsləri eşidilir. Rusiyanın sərhədyanı bölgələrində konkret nə baş verdiyi və nəyə hazırlaşdıqları hələ də bəlli deyil.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*