Ukraynada NATO-nun genişmiqyaslı təlimləri başlayır.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ, Böyük Britaniya, Kanada, İsveç və digər ölkələrdən 12 mindən çox hərbçi “Birləşmiş Güclər – 2021” adlı təlimlərdə iştirak edəcək. Təlimlərə aviasiya və donanma qüvvələri də cəlb olunacaq. Hərbi təlimlər ölkənin bütün ərazisində, o cümlədən Qara və Azov dənizlərində keçiriləcək.
Qeyd edək ki, bir müddət əvvəl rəsmi Kiyev Rusiya və Belarusun “Qərb-2021” təlimləri ilə əlaqədar narahatlığını ifadə etmişdi. Hətta təlimlərin Ukrayna sərhədləri yaxınlığında baş verdiyi də bildirilirdi. Ancaq NATO təlimləri ilə bağlı vəziyyət tam fərqlidir.
Müşviq Tofiqoğlu
KONKRET.az
