Ukraynalılar ABŞ-dan gətirilən HIMARS-dan ruslara belə atış açdılar – VİDEObackend

Ukraynalılar ABŞ-dan gətirilən HIMARS-dan ruslara belə atış açdılar – VİDEO

ABŞ-ın uzaq mənzilli HIMARS (High Mobility Artillery Rocket System) raket sisteminin döyüş meydanında istifadəsinə dair ilk video ortaya çıxıb.

KONKRET.az  UNIAN-a istinadən xəbər verir ki, bu barədə video Facebook-da istifadəçilərdən biri tərəfindən yerləşdirilib.

Qeyd olunur ki, Ukrayna hərbçiləri rusların mövqeləri istiqamətində bir neçə dəfə yaylım atəşi açıblar.

Ukraynanın müdafiə naziri Aleksey Reznikov ABŞ-dan HİMARS raket sistemlərinin gəldiyini elan edib. Birinci tranşa dörd ədəd daxil edilib.

HIMARS 90-cı illərin sonlarında hazırlanıb. O, artilleriya, hava hücumundan müdafiə sistemlərinin, atəş mövqelərinin, yük və döyüş maşınlarının, personal daşıyan avtomobillərin cəmləşdiyi əraziləri məhv etmək üçün nəzərdə tutulmuş Amerikanın mobil raket sistemidir.
Sistem, həmçinin idarə olunan və idarə olunmayan raketləri vurmaq üçün nəzərdə tutulub. Maksimal məsafə 300 km-dir. Ukraynaya hələlik 80 km-ə qədər ata bilən raketlər verilib.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*