Ukraynanın ən böyük aviaşirkəti Ermənistana uçuşları ləğv etdibackend

Ukraynanın ən böyük aviaşirkəti Ermənistana uçuşları ləğv etdi

“Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkəti Azərbaycanla Ermənistan arasında münasibətlərin kəskinləşməsi səbəbilə Yerevana reysləri ləğv edir. 

KONKRET.az xəbər verir ki, bu barədə şirkətin “Facebook” hesabında məlumat yayılıb.

Sözügedən qərar şirkətin mütəxəssislərinin təşkil olunmuş brifinqdə risklərin təhlilini aparmasından sonra qəbul edilib.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*